Xəbərlər

Vanq Yi: Çin-Rusiya münasibətləri beynəlxalq vəziyyətə baxmayaraq inkişaf edir

“Çin və Rusiya arasında münasibətlər, Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin sayəsində çətin beynəlxalq vəziyyətə baxmayaraq, inamla inkişaf edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vanq Yi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“İki ölkənin liderləri bir əsrdə görünməmiş böyük dəyişikliklər kontekstində Çin-Rusiya münasibətlərini inamlı tərəqqiyə yönəldiblər və iki ölkə arasında hərtərəfli strateji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşıya yeni mühüm vəzifələr qoyublar”, – Vanq Yi vurğulayıb.