İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini intensiv atəşə tutması və hava hücumları nəticəsində daha 16 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, cənubdakı Rəfah və Xan Yunis şəhərləri, eləcə də sektorun mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsi güclü atəşə məruz qalıb.



