Xəbərlər

Netanyahu Macarıstana səfər edib

İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi səfərlə Budapeştə gəlib və burada Macarıstanın Baş naziri Viktor Orban ilə iki günlük danışıqlar aparacağı bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicki “Facebook” səhifəsindəki paylaşımında bildirib.

Verilən məlumata görə, görüşdə Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi sahədə inkişaf müzakirə ediləcək.