Suriyada keçici hökumətin rəhbəri Əhməd əş-Şaranın qərarı ilə yaxın vaxtlarda respublikanın vitse-prezidenti vəzifəsi bərpa olunacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Livan mətbuatı Dəməşqdəki hökumət mənbələrinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, Əhməd əş-Şara milli dialoq konfransının keçirilməsi üçün hazırlıq komitəsinin işini koordinasiya edən siyasi müşavirini bu vəzifəyə təyin etmək niyyətindədir.



