Xəbərlər

İtaliya: Qəzzada mülki əhalinin müdafiəsi mütləq prioritetdir

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani İsrailin xarici işlər naziri Eli Kohenə bildirib ki, mülki əhalinin qorunması və Qəzzaya humanitar yardımın genişləndirilməsi İtaliya hökuməti üçün “mütləq prioritet”dir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tacani “X” platformasındakı paylaşımında yazıb.

O, İsrailin xarici işlər naziri Koenlə telefon danışığı apardığını bildirib: “HƏMAS-ın hücumlarına qarşı İsraillə həmrəyliyimizi təkrarlasam da, mülki əhalinin müdafiəsi və humanitar yardımın genişləndirilməsinin vəziyyəti yüngülləşdirmək üçün lazımlı olduğunu vurğuladım. Qəzzadakı insanların əziyyət çəkməməsi İtaliya hökuməti üçün mütləq prioritetdir”.

Bununla yanaşı, Qəzzada təcili atəşkəs tələbi ilə bağlı dünən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında səsə qoyulan qətnamə layihəsinə 193 ölkədən 153-ü dəstək verərkən, 23 ölkə “bitərəf” qalıb, 10 ölkə isə “yox” deyib. Bitərəf ölkələr arasında İtaliya da var.