Xəbərlər

Makron Avropa şirkətlərini ABŞ-a investisiyaları dayandırmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın dünya ölkələrindən Amerikaya idxal olunan məhsullara kəskin tariflər elan etməsindən sonra Avropa şirkətlərini ABŞ-a planlaşdırılan investisiyaları dayandırmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

“Qarşıdan gələn investisiyalar və ya son həftələrdə elan edilən investisiyalar Birləşmiş Ştatlarla bağlı vəziyyət aydınlaşana qədər dayandırılmalıdır”, – Makron Fransa sənaye nümayəndələri ilə görüşündə deyib.