“Avropa Komissiyası ABŞ ilə ticarət mübahisəsini həll edə bilməyərək Avropa İttifaqının(Aİ) iqtisadi siyasətini iflasa uğradıb və buna görə məsuliyyət daşımalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Aİ-nin Lüksemburqda keçirilən ticarət üzrə nazirlər görüşünə gedərkən deyib.
O hesab edir ki, son illərdə Brüsselin səriştəsiz iqtisadi siyasəti Aİ-nin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb.
“Brüssel iqtisadi məsələlərin tamamilə lazımsız və həddindən artıq siyasiləşdirilməsi ilə Avropa şirkətlərini çətin vəziyyətə salıb”, – Siyarto bildirib.



