“Yaponiyanın Baş naziri Şiqeru İşiba ABŞ-ın rüsumlarına cavab olaraq hər hansı cavab tədbiri görmək niyyətində deyil və problemi sərt danışıqlar yolu ilə həll etməyə sadiqdir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Bununla əlaqədar İşiba Tokiodakı iqamətgahında ABŞ-ın tətbiq etdiyi artan ticarət tarifləri ilə bağlı tədbirlər hazırlamaq üçün birgə qərargahın ilk iclasını keçirdi. O, həmçinin İqtisadiyyatın bərpası naziri Ryosey Akazavanı hökumətin Vaşinqtonla danışıqlar üzrə xüsusi nümayəndəsi təyin etdi”, – məlumatda bildirilib.



