Qırğızıstan hakimiyyəti BMT ilə əməkdaşlıq kontekstində yaşıl enerjinin inkişafını davam etdirməyi və ətraf mühitin mühafizəsi məsələlərini həll etməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Nyu-Yorkda dünya təşkilatının baş katibi Antonio Quterreşlə görüşündə bildirib.
“Nyu-Yorka işgüzar səfəri zamanı Kulubayev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. Görüş zamanı nazir BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi, eləcə də qlobal sosial-iqtisadi və iqlim problemlərinin həlli istiqamətində səylərini dəstəklədiyini bildirib”, – Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.



