Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın elan etdiyi ticarət müharibəsi ilə əlaqədar çərşənbə axşamı ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident jurnalistlərə müsahibəsində deyib.
“Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün iqtisadi fövqəladə vəziyyət haqqında konstitusiya fərmanı imzalayacağam. ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarət hüququnu və Ümumdünya Ticarət Təşkilatını məhv edir. Maliyyə bazarlarının çökməsi bütün dünyaya, xüsusən də Amerika xalqına təsir edib. Biz ölkəni bütün mümkün mənfi nəticələrdən qorumaq və qlobal iqtisadi müharibəyə cavab vermək üçün ticarət müharibəsinin mənfi nəticələrini yaxından izləyirik”, – Maduro vurğulayıb.



