Xəbərlər

Əraqçi: Omandakı danışıqlar ABŞ-ın İranla bağlı niyyətinin sınağıdır

“ABŞ-la Omanda keçiriləcək danışıqlar Vaşinqtonun Tehranla vicdanlı və xoşməramlı dialoq aparmaq niyyətinin ciddiliyini yoxlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əlcəzairə səfəri zamanı İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Muskatda qarşıdan gələn danışıqlar diplomatiya üçün yeni fürsət, eləcə də öz təcrübəsində uzun müddət pis niyyətə malik olan ABŞ-ın niyyətlərinin ciddiliyinin sınağıdır. Yalnız nüvə məsələsi, yəni ədalətsiz sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı təminatların verilməsi müzakirə olunacaq”, – Əraqçi qeyd edib.