Xəbərlər

Tramp: ABŞ lazım olarsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır

“ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

“Bəli, İranla hərbi əməliyyat tələb olunarsa, biz bunu edəcəyik. Aydındır ki, İsrail bu işdə çox iştirak edəcək. Onlar bu məsələdə lider olacaqlar. İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq. Bizim bir vaxtımız var. Onların nüvə silahı əldə etmələrinə imkan verməyəcəyik. Onların nüvə silahı ola bilməz”, – Tramp vurğulayıb.