“İsrail Qəzza zolağına göndərilən humanitar yardımların maneəsiz daxil olmasına icazə verməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
“İsrailin işğalçı dövlət kimi beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və beynəlxalq insan haqları hüququ əsasında açıq öhdəlikləri var. Bununla belə, hazırda humanitar yardımların Qəzza zolağına daxil olmasına icazə vermir. Ərzaq, dərman və sığınacaq ləvazimatları keçid məntəqələrində yığılır, həyati vacib ləvazimatlar isə boş vəziyyətdədir. Humanitar yardımın maneəsiz şəkildə bölgəyə çatdırılması təmin edilməlidir”, – Quttereş qeyd edib.



