ABŞ Ukraynaya verdiyi yardıma görə kompensasiya tələbini 300 milyard dollardan 100 milyard dollara endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb .
“ABŞ prezidenti Donald Trampın administrasiyası ötən həftə Vaşinqtonda apardığı danışıqlardan sonra Kiyevə ayrılan yardımın qarşılığında Ukraynadan tələb etdiyi konpensasiyanın məbləğini 300 milyard dollardan təxminən 100 milyard dollara endirib. Beləliklə, bu rəqəm Ukrayna ilə razılaşdırılmış rəqəmə yaxınlaşıb”, – agentlikdən bildirilib.



