Xəbərlər

ÜST pandemiya ilə mübarizə üzrə sazişin yekun variantını hazırlayır

İllərdir davam edən danışıqlardan sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvü olan ölkələr dünən axşam pandemiya ilə mübarizə sazişi üzrə danışıqları başa vuraraq sənədin yekun mətnini hazırlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın press-relizində bildirilib.

“Üç ildən çox davam edən intensiv danışıqlardan sonra ÜST-ə üzv dövlətlər may ayında keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında baxılması üçün saziş layihəsi hazırlamaqla dünyanı pandemiyadan qorumaq istiqamətində böyük addım atdılar”, – məlumatda bildirilib.