Mövcud müvəqqəti ticarət mexanizmi iyunun 5-də başa çatdıqdan sonra Avropa İttifaqı (Aİ) Ukrayna üçün ticarət üstünlüklərini uzatmayacaq və qarşılıqlı tariflərin liberallaşdırılması ilə bağlı razılığa gəlməyə çalışacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) rəsmi mənbələrə istinadən məlumat yayıb.
“Avropa Komissiyası (AK) Ukrayna ilə məsləhətləşmələrə sadiqdir. Bizim məqsədimiz tariflərin qarşılıqlı liberallaşdırılması məsələsinə baxmaqdır. Biz bu təklifi yekunlaşdırırıq və bacardıqca onu Ukraynaya təqdim edəcəyik. Bu prosesin məqsədi həm Ukraynada, həm də Aİ-də biznes və fermerlər üçün iqtisadi sabitliyi təmin etməkdir”, – nəşr Avropa Komissiyasının (AK) ticarət sözçüsü Olof Gilldən sitat gətirib.



