Xəbərlər

Peskov: Rusiya İrana nüvə proqramı ilə bağlı kömək etməyə hazırdır

“Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik vasitələrlə həll etmək üçün əlindən gələni etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

“Rusiya Federasiyası İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin siyasi və diplomatik vasitələrlə həllinə kömək etmək üçün öz imkanları daxilində hər şeyi etməyə hazır olaraq qalır. Biz bizdən asılı olan hər şeyi etməyə hazır olacağıq”, – Peskov əlavə edib.