Xəbərlər

KİV: ABŞ Yəmənə 20-dən çox zərbə endirib

ABŞ ordusu Yəməndə Husilərin nəzarətində olan ərazilərə 20-dən çox zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, Səna, eləcə də Səada və Əl-Cəvf əyalətlərinə kütləvi hücumlar həyata keçirilib. Hücumlar nəticəsində bir mülki vətəndaş həlak olub.