Xəbərlər

Filippin sahillərində gəmi batıb, 4 nəfər ölüb

Filippin Sahil Mühafizəsi (PCG) Çin bayraqlı “Hong Hai 16” gəmisinin Occidental Mindoro sahillərində batması nəticəsində 4 nəfərin həyatını itirdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Bildirilib ki, gəmidəki 25 ekipaj üzvündən 14-ü sağ qalıb, 7 nəfər isə itkin düşüb.

Sahil təhlükəsizlik qrupları bölgədə xilasetmə işlərini davam etdirir.