Xəbərlər

ABŞ-ın vitse-prezidenti Hindistana səfər edib

ABŞ-ın vitse-prezidenti J.D.Vens Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək, həmçinin ikitərəfli ticarət, tariflər, müdafiə sahəsində əməkdaşlıq və geosiyasi məsələləri müzakirə etmək üçün Hindistana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

“Bu səfər hər iki tərəfə ikitərəfli münasibətlərdəki irəliləyişləri və Baş nazirin ABŞ-a səfəri zamanı 13 fevral 2025-ci ildə qəbul edilmiş Hindistan–ABŞ Birgə Bəyanatının icrasını nəzərdən keçirmək imkanı verəcək. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi də aparacaqlar”, – Hindistan Xarici İşlər Nazirliyi (XİN) bildirib.