Xəbərlər

Hakan Fidan əlcəzairli həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüş zamanı qlobal və regional məsələlər müzakirə olunub. Fidan əlcəzairli həmkarı ilə birlikdə Türkiyə-Əlcəzair Birgə Planlaşdırma Qrupunun (OPG) üçüncü toplantısına həmsədrlik edəcək.

Səfəri münasibətilə dünən Türkiyənin Orandakı Baş Konsulluğunu rəsmi olaraq açan nazir Fidanın bu gün prezident Əbdülməcid Tebbun tərəfindən də qəbul ediləcəyi gözlənilir.