Türkiyənin ilk yerli və milli rabitə peyki “TÜRKSAT 6A” istifadəyə verilib. 80 faiz yerli vasitələrlə hazırlanan peyk ən azı 15 il xidmət göstərə biləcək.
“Füyuzat”ın məlumatına görə, bütün sınaqlardan uğurla keçən yerli və milli peyk artıq xidmətə hazırdır.
“TÜRKSAT 6A” bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimlə istifadəyə verilib.
“TÜRKSAT 6A” ilə Türkiyə rabitə peykləri istehsal edə bilən 11 ölkədən birinə çevrilib. “TÜRKSAT 6A”nın istifadəyə verilməsi ilə peykin əhatə dairəsi 5 milyard insana çatır.
“TÜRKSAT 6A”nın xidmət sahəsi Hindistan, Tayland, Malayziya və İndoneziyanı əhatə edəcək şəkildə genişlənib.



