“ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) nəzarət edən İlon Mask siyasi solun kampaniyalarından yorulan ABŞ administrasiyasını tərk etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Maskın gedişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun xüsusi dövlət işçisi statusunun mayın sonunda başa çatacağı gözlənilir. Nəşrin adını açıqlamayan mənbəsinin sözlərinə görə, milyarder “solçu siyasətçilərin xoşagəlməz və qeyri-etik hücumlarına dözməkdən yorulub”.
Nəşr əlavə edir: “Mask hesab edir ki, onun yoxluğu DOGE-nin işinin səmərəliliyinə mənfi təsir göstərməyəcək, çünki departamentin əməkdaşları prosesi artıq qurublar”.
Amerikanın “Politico” qəzetinin aprelin 2-də verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp yaxın adamlarına Maskın oynadığı siyasi rolun yaxın həftələrdə azalacağını bildirib. Nəşrin mənbələri bildiriblər ki, Mask ilk növbədə biznesə diqqət yetirəcək və “dəstəkləyici siyasi rol oynayacaq”, ehtimal ki, Trampın “qeyri-rəsmi məsləhətçisi mövqeyini qoruyub saxlayacaq”.



