Xəbərlər

Bekon: Heqsetin Pentaqona rəhbərlik etmək üçün kifayət qədər təcrübəsi yoxdur

“ABŞ-ın müdafiə naziri Pit Heqsetin şöbəyə rəhbərlik etmək təcrübəsi yoxdur və onun bacarıqları narahatlıq doğurur”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı Don Bekon deyib.

“Əvvəldən mənim də çox narahatlığım var idi, çünki Heqestin kifayət qədər təcrübəsi yoxdur. Onun dünyanın ən böyük təşkilatlarından birini idarə etmək təcrübəsi varmı? Bu, narahatlıq doğurur”, – o əlavə edib.

Yəmənə zərbələr endirilməsi ilə bağlı Pentaqondan növbəti dəfə məlumat sızması qəbuledilməzdir, əgər mən ölkəyə rəhbərlik etsəydim buna dözməzdim”, – o əlavə edib.