Rusiya Müdafiə Nazirliyi Ukrayna hakimiyyəti tərəfindən Rusiya Federasiyasının ərazisindəki obyektlərə qarşı “terror cəhdi” olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirlik məlumat yayıb.
Məlumatda bildirib ki, hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus S-200 raketini zərərsizləşdirib.
Həmçinin məlumtada yanvarın 8-də Kiyev rejimi tərəfindən yerüstü hədəfləri vurmaq üçün yenidən təchiz edilmiş S-200 hava hücumundan müdafiə raketlərindən istifadə etməklə Rusiya Federasiyası ərazisindəki obyektlərə qarşı “terror cəhdi”nin qarşısının alındığını qeyd edib.