Xəbərlər

Vanq Yi: BRİCS ölkələri qlobal sülh və inkişaf üçün qalaya çevrilməlidir

“BRİCS ölkələri beynəlxalq arenada sülhün və inkişafın təşviqində aparıcı rol oynamalıdırlar”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BRİCS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vanq Yi deyib.

“BRİCS ölkələri beynəlxalq arenada müsbət və konstruktiv qüvvə kimi çıxış edərək, aparıcı rol almalı, sülh və inkişaf üçün qalaya çevrilməlidir. Beynəlxalq vəziyyət köklü dəyişikliklərə məruz qalıb, dünya təlatümlər dövrünə qədəm qoyub, sülh və inkişaf yeni və ciddi sınaqlarla üz-üzədir. Beynəlxalq əməkdaşlığın əsas konsepsiyaları sarsıdılıb, beynəlxalq münasibətlərin inkişafı üçün əsaslar sual altındadır və dinc inkişaf üçün beynəlxalq mühit sarsıntılarla qarşı-qarşıyadır”, – Vanq Yi qeyd edib.