Xəbərlər

Vanq Yi: Çin Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıdır

“Pekin Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BRİCS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vanq Yi deyib.

“Çin Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, aidiyyəti tərəflər böhranın köklü səbəblərini aradan qaldıracaq və bütün tərəflər üçün mümkün qədər tez və məqbul olan ədalətli, davamlı və sülh yolu ilə razılığa gələcəklər”, – Vanq Yi əlavə edib.