Xəbərlər

Vens: Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər

“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riski yaradır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens müsahibəsində deyib.

“Mediada belə qəribə bir fikir var ki, biz daha bir neçə il dözsək, Rusiya dağılacaq, Ukrayna öz ərazilərini geri alacaq və hər şey müharibədən əvvəlki kimi olacaq. Amma bu, reallıq deyil. Münaqişənin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər. Müharibə daha bir neçə il davam edərsə, bu, cəmiyyətlərin dağılmasına səbəb olacaq. Nüvə müharibəsinə çevrilə bilər. Münaqişəyə son qoyulması ABŞ administrasiyasının rəsmi siyasətidir. ABŞ prezidenti Donald Tramp öz komandasına müharibəni hər vasitə ilə sona çatdırmağı tapşırıb”, – Vens vurğulayıb.