Aprelin 29-da səhər saatlarında Göyçə-İrəvan magistralında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İlkin məlumata görə, partlayış borunun kompressorla birləşdiyi ərazidə baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqdakı üç avtomobilə, eləcə də yaxınlıqda quraşdırılmış bir neçə günəş panelinə ziyan dəyib.



