“Məxfi məlumatların sızması ilə bağlı qalmaqallara baxmayaraq, ABŞ-ın müdafiə naziri Pit Heqset vəzifəsinin öhdəsindən gələcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində deyib.
“Onunla söhbət etdim. Ona dediklərimi sizinlə bölüşmək fikrində deyiləm, amma biz yaxşı söhbət etdik. O, istedadlı insandır, gəncdir, ağıllıdır, yaxşı təhsillidir. Düşünürəm ki, o, vəzifəsinin öhdəsindən uğurla gələcək və əla müdafiə naziri olacaq”, – Tramp əlavə edib.



