Xəbərlər

İsrail və Misir arasında gərginlik baş verib

Misir prezidenti Əbdülfəttah əs-Sisi İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığından imtina edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Misir mətbuatı məlumat yayıb.

Misir mətbuatı İsrail ilə Misir arasında müəyyən səbəblərdən gərginlik yaşandığını söyləyib. Ancaq gərginliyin səbəbləri açıqlanmayıb.

Eyni zamanda, nə Misir tərəfi, nə də İsrail Baş Nazirliyi bu iddia ilə bağlı rəsmi açıqlama verib.

“Rəfah Sərhəd Qapısı günün 24 saatı açıqdır, lakin Qəzza zolağına az miqdarda yardımın daxil olmasının səbəbi İsrailin tətbiq etdiyi qadağalardır”, – Misir prezidenti Sisi qeyd edib.