“Avropa sanksiyaları Rusiya müdafiə sənayesini məhv edə bilmədi, indi isə Avropa İttifaqı Ukrayna probleminin həllində “işıq görmür”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell Aİ-Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda çıxış edərkən bildirib.
Borrell qeyd edib: “Avropa İttifaqı Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiya hərbi texnikasını nəzərəçarpacaq dərəcədə zəiflədir, amma yenə də məqsədə tam nail olmayıb”.
“Müharibə davam edir və döyüşlər intensivləşir. Biz Ukrayna probleminin sonunda işıq görmürük”, – Borrell əlavə edib.