Xəbərlər

Fransada taksi sürücüləri sosial təminat qanununa etiraz ediblər

Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri fevralın 1-dən etibarən tətbiq olunacaq sosial təminat qanununun “tibbi məqsədlərlə daşınma” maddəsinə etiraz olaraq hərəkətə keçiblər.

“Füyuzat”ın məlumatına görə, ölkənin rəsmi qəzetində dərc olunan və fevralın 1-dən etibarən qüvvəyə minəcək qanunun bir maddəsində xəstələrin tibbi daşınma üçün nəqliyyat vasitələrinin ortaq olması, əks halda onların sosial sığortasının kəsiləcəyi qeyd edilib.

Taksi sürücüləri Bordo, Marsel, Nitsa və Lion şəhərlərində və Parisin də daxil olduğu İle-de-Frans bölgəsinin müxtəlif yerlərində nəqliyyata sığorta ayırmaları ilə bağlı maddəyə etiraz olaraq aksiya keçiriblər. Bordoda 500-800, Marseldə isə 800-dən çox taksi dairəvi yolda və hava limanlarına gedən əsas yollarda uzun növbələr yaradaraq qanunun müvafiq maddəsinə etiraz edib.