Xəbərlər

Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya açtığı işlə bağlı qərar verib

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 2017-ci ildə Ukraynanın Rusiyaya qarşı qaldırdığı iş üzrə Rusiyaya bəraət qazandıraraq, Ukraynanın əksər iddialarını, o cümlədən təzminat tələbini rədd edib.

“Füyuzat”ın məlumatına görə, BƏM-nin baş hakimi Joan Donoghue tərəfindən oxunan 43 səhifəlik qərarda Ukraynanın Rusiyanı separatçıları maliyyələşdirməkdə ittiham etməsi ilə bağlı iddialarını “düzgün araşdırmadığı” qərara alınıb.

BƏM Rusiyanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (CERD) 2-ci və 5-ci maddəsi istisna olmaqla və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyasının (ICSFT) bir çox maddələrini pozduğuna dair iddiaları rəsmi Moskvanın xeyrinə rədd edib.

Həmçinin, Ukraynanın təzminat tələbi rədd edilib.