“İyulun 6-dan 7-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS sammitində Rusiya mütləq iştirak edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya BRİCS-in qurucu üzvüdür. Və təbii ki, o, bütün proseslərdə, bütün formatlarda iştirak edir və edəcək”, – o əlavə edib.



