“Çin İsrailin İrana qarşı əməliyyatının gətirib çıxara biləcəyi nəticələrdən ciddi narahatlıq keçirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Li Cian deyib.
“Çin tərəfi İsrailin İrana hücumundan və bu cür hərəkətlərin gətirib çıxara biləcəyi nəticələrdən ciddi şəkildə narahatdır. Çin İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hücumlara, o cümlədən ziddiyyətlərin artmasına və münaqişənin genişlənməsinə qarşıdır”, – o əlavə edib.



