İndoneziya prezidenti Prabovo Subianto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etmək üçün Rusiyaya gedib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Antara” xəbər agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, İndoneziya lideri Sinqapura səfərindən dərhal sonra Rusiyaya uçub. Bir gün əvvəl isə Sinqapurun Baş naziri Lourens Vonqla ikitərəfli danışıqlar aparıb.
Bundan əvvəl İndoneziya Nazirlər Kabinetinin katibi Teddi İndra Vicaya bəyan etmişdi ki, prezidentin Rusiyaya səfəri zamanı iyunun 19-da Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
İyunun 18-21-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) keçiriləcək. Bu il tədbir “Ortaq dəyərlər: Çoxqütblü dünyada inkişafın təməli” mövzusu altında keçiriləcək.



