2023-cü ilin noyabrında Nigerin Aqadez bölgəsində kəşf edilən, Marsdan qoparaq Yerin səthinə düşən ən böyük meteorit olan “NWA 16788” iyulun 16-da Nyu-Yorkda hərraca çıxarılır. Mütəxəssislər bu unikal parçanın 4 milyon dollara qədər qiymətə satıla biləcəyinə inanırlar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” nəşri məlumat yayıb.
Mütəxəssislər meteoritin asteroidin zərbəsi nəticəsində Marsın səthindən qopduğunu, yüksək temperatur və təzyiq nəticəsində onun bəzi hissələrinin şüşəyə çevrildiyini bildiriblər. Yer atmosferinə daxil olarkən əmələ gələn şüşəli xarici qabıq hələ də bu səyahətin izlərini daşıyır.
Sotheby’s Elm və Təbiət Tarixi Departamentinin vitse-prezidenti Cassandra Hatton bu kəşfi nadirən baş verən bir hadisə kimi təsvir edib:
“Qırmızı rəngi, ölçüsü və köhnəlmiş quruluşu ilə bu daş Marsla nadir fiziki qarşılaşmadır”.



