Xəbərlər

Kreml: Putinin Türkiyəyə səfəri Rusiyadakı seçkilərə qədər baş tutmayacaq

“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri martın 15-17-də keçiriləcək prezident seçkilərinə qədər baş tutmayacaq. Ancaq yüksək səviyyəli təmaslara hazırlıq gedir”.

“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib.

Putinin Türkiyəyə səfərinin tarixi ilə bağlı sualı cavablandıran Peskov Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafikinin olduğuna diqqət çəkib.

“Səfər seçkiyə qədər baş tutmayacaq. Putinin seçkiyə qədər sıx və gərgin qrafiki var. Ərdoğanın da qrafiki kifayət qədər sıxdır. Bununla belə, yüksək səviyyəli təmaslara hazırlıq görülür. Bu təmaslar hər iki liderin proqramına uyğun olaraq baş tutacaq”, – Peskov əlavə edib.