Xəbərlər

Şəmil Sadiq “Füyuzat” jurnalının qonağı olub

Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadiq “Füyuzat” jurnalının qonağı olub.

MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri Şəmil Sadiqlə görüş keçirib.

Görüş zamanı Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində MİMTA Yayımlarının bp şirkətinin dəstəyi ilə nəşr etdiyi “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun hazırlanmasından və bunun Azərbaycan mətbuatının tədqiqi baxımından əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Sonda Şəmil Sadiq MİMTA Fonduna, MİMTA Yayımları, eləcə də “Füyuzat” və “İşıq” jurnallarına uğurlar arzu edib.