Xəbərlər

Çin canlı atəş təlimləri keçirəcək

Çin Xalq Azadlıq Ordusu avqustun 5-dən 12-dək Sarı dənizin cənub hissəsində sınaq məqsədli döyüş atışları həyata keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Departamentin saytında manevrlər üçün xüsusi koordinatlar da qeyd edilib.

Verilən məlumata görə, Pekin vaxtı ilə saat 08:00-dan 18:00-dək (Bakı vaxtı ilə 04:00-14:00) sivil gəmilərin bu akvatoriyadan keçməsi qadağandır.