“Gürcüstan Ermənistanla Azərbaycan arasında dialoqa kömək etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda dənizə çıxışı olmayan ölkələrin konfransı çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.
Kobaxidzenin sözlərinə görə, bu, son dərəcə vacibdir, regionda sabitliyə və sülhə töhfə verəcək.
“Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə müzakirələrin başa çatması ilə bağlı bəyanatı bu istiqamətdə mühüm addımdır”, – o əlavə edib.



