Xəbərlər

Rusiya ABŞ və Azərbaycandan Ukraynaya gedən qaz kəmərinə hücum edib

Rusiya Rumıniya ilə sərhəd yaxınlığındakı qaz nəqli infrastrukturu obyektinə onlarla pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “RBC-Ukrayna” ölkənin Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, ABŞ və Azərbaycan qazı bu qurğu vasitəsilə Ukraynaya nəql olunur.

Həmçinin bildirilib ki, avqustun 6-na keçən gecə Rusiya Odessa vilayətində, Rumıniya sərhədi yaxınlığında yerləşən Ukraynanın qaz nəqli sistemi operatorunun qaz infrastrukturu obyektinə, kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib.

“Bu, Rusiyanın sırf mülki infrastruktura, xüsusilə enerji sahəsinə, eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlar ilə münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına hücumudur”, – deyə məlumatda bildirilir.