Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə Rusiya prezidentini məlumatlandırıb. Xüsusilə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupunun mexanizmlərini ləğv etmək üçün ATƏT-ə birgə müraciət, ərazi, hüquq və hüquq-mühafizə prinsipləri əsasında regional kommunikasiyaların açılması barədə məlumat verib”, – məlumatda qeyd olunub.
Siyasi rəhbərlər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.



