Xəbərlər

“Füyuzat” dərgisinin 144-cü sayı işıq üzü görüb

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, tarixi faktlarla zəngin məqalələr yer alıb.

Jurnalın 144-cü sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısını, Mahir Qəribovun “Ağaoğlu mətbu irsində milli birlik” adlı araşdırmasını, Füzuli Sabiroğlunun “İrəvan məscidləri” başlıqlı məqaləsini, Gülnar Zeynalovanın “Həsən bəy Zərdabi” adlı araşdırmasını, Tural İsmayılovun “Milli ideya, milli ideal və milli dövlətçilik fəlsəfəsi” başlıqlı məqaləsini, Aygün Əzimovanın “Maarifçilikdən istiqlala gedən yol” adlı məqaləsini, Muxtar Cəfərlinin “Həqiqətə çatmağın meyarı – sirr” başlıqlı məqaləsini, Fidan Vahidin təqdimatında “Əhməd Yəsəvinin “hikmət”lərindən öyüdlər” adlı nəsihətləri, Sübhan Talıblının “Azərbaycan ordusu” başlıqlı məqaləsini, Əbdülxaliq Cənnəti Qafaezadənin “Arzularım” adlı nəzm əsərini və Yunus Müşfiqin “Nabat həyat deməkdir” başlıqlı məqaləsini oxuya bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!