Britaniya xüsusi təyinatlılarının Xüsusi Hava Xidmətinin (SAS) 5 əməkdaşı Suriyada “müharibə cinayətləri” törətməkdə ittiham olunaraq saxlanılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumata görə, həmin 5 əsgər PKK-nın Suriya qolu SDQ-yə uzun müddətdir İŞİD-ə qarşı mübarizədə dəstək verib.
Mövzu ilə bağlı açıqlama verən İngiltərə Müdafiə Nazirliyinin rəsmiləri saxlanılma xəbərini təsdiqləyərək, istintaqla bağlı şərh verə bilməyəcəklərini, lakin hər bir iddianı ciddiyə aldıqlarını bildiriblər.
SAS əməkdaşlarının saxlanmasına səbəb olan iddialar arasında iki il əvvəl keçirilən əməliyyatda İŞİD şübhəlisinin öldürülməsi də var. Bununla belə, SAS əməkdaşları şübhəlinin qanuni təhlükə yaratdığını iddia edərək, hadisənin hərbi cinayət sayıla bilməyəcəyini iddia edirlər.
Amnesty İnternational-ın verdiyi açıqlamada isə hərbi cinayətlərlə bağlı iddiaların ciddi şəkildə araşdırılmasının vacibliyi vurğulanıb.