İranın 18 əyalətindəki dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün sabah bağlanacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Entekhab” xəbər saytı məlumat yayıb.
Verilən məlumata görə, bu əyalətlər Yəzd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Simnan, Qum, Kürdüstan, Hörmüzqan, Kirmanşah, Əlburz, Mərkəzi, Gülistan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədandır.
Bundan əlavə, Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlər müxtəlif bölgələr növbə ilə gündə 2 saat işıqlandırılır.



