Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün Berlinə səfər edəcəyi gözlənilir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, Zelenski Berlində ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşdən əvvəl Avropa liderləri ilə təşkil etdiyi görüşdə videokonfransda iştirak edəcək.



