Ağ Ev ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatını almasına dəstək verən xarici liderlərin siyahısını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin “X” sosial media səhifəsində məlumat verilib.
Verilən məlumata görə, Trampın namizədliyini Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon prezidenti Bris Oliqarxiya Nguema, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe dəstəkləyib.



