Xəbərlər

Türkiyə ordusunda islahatlar: yeni general və admirallar təyin olunub

Türkiyənin quru, hava və dəniz qüvvələrinin general və admiral heyətlərində yeni təyinatlar olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Qazete”də dərc olunan qərarlara əsasən, Quru Qoşunları Komandanlığına 119, Dəniz Qüvvələri Komandanlığına 35, Hərbi Hava Qüvvələri Komandanlığına 31 general və admiral təyin edilib.

Verilən məlumata görə, Ərdoğan general Bəxtiyar Ersayı 1-ci Ordu Komandanlığının komandanı təyin edib.